Argentinanın yeganə dövlət xəbər agentliyi bağlanır


Argentina Prezidenti Xavyer Miley hökumətinin siyasi rəqiblərinin ideya təbliğatına görə ölkənin yeganə dövlət xəbər agentliyi olan “Telam”ı bağlayacağını açıqlayıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə dövlət başçısı parlamentin iclasının açılışında məlumat verib. 
“Biz son onilliklərdə kirşnerizmin təbliğat agentliyi kimi istifadə edilən “Telam” agentliyini bağlayacağıq”, - Xavyer Miley bildirib.
Qeyd edək ki, Miley daha əvvəl bütün dövlət mediasını şəxsi əllərə keçirəcəyini bildirmişdi.

DİGƏR XƏBƏRLƏR

Top