Hər bir Azərbaycan vətəndaşının 2 min 637 manat borcu var – Rəsmi


Bu ilin yanvar ayının 1-nə olan məlumata görə Azərbaycanın dövlət borcu 26 milyard 850,4 milyon manat olub.
Yeniavaz.com
açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, Azərbaycanın dövlət borcu 2023-cü ildə qeydə alınan ÜDM-nin 21,8%-nə bərabər olub.
Qeyd edək ki, ümumi dövlət borcunun 10 milyard 984 milyon manatı (6 milyard 461,2 milyon dollar) xarici borclar, 15 milyard 866,4 milyon manatı isə daxili borclar olub.
Bu ilin yanvar ayının 1-də Azərbaycan əhalisinin 10 milyon 181 min nəfər olduğunu nəzərə alsaq, adambaşına düşən borc 2 min 637 manata bərabər olur. Bunun 1 079 manatını adambaşına düşən xarici borc təşkil edib.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top