Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun birinci müavini Möhübbət Babayevin vəzifədən azad edildiyi deyilir.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Qaynarinfo” məlumat yayıb.
Nəşr iddia edir ki, Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Babayev Möhübbət Hacıbaba oğlu müvafiq əmrlə vəzifəsindən azad edilib. Onun yaşa görə təqaüdə çıxdığı deyilir.
Bildirilir ki, Möhübbət Babayev həm də Lənkəran fövqəladə hallar komissiyasının sədri vəzifəsini tuturdu.
Qeyd edək ki, Möhübbət Babayev 2017-ci ildə icra başçısının birinci müavini təyin edilmişdi.