Qəzza zolağında ölən fələstinlilərin sayı 30 mini keçib, 70 mindən çox fələstinli isə yaralanıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus “X” sosial şəbəkə hesabında məlumat verib.
“Qəzzada ölən fələstinlilərin sayı 30 mini keçib, onların böyük əksəriyyəti qadınlar və uşaqlardır”, - deyə o yazıb: “70 mindən çox fələstinli yaralanıb”.
“Bu, dəhşətli zorakılıqdır və əzablara son qoyulmalıdır”, - deyən Qebreyesus atəşkəsin zəruri olduğunu vurğulayıb.