Fövqəladə hallar naziri Kəmaləddin Heydərova yeni müavin təyin edilib.
Yeniavaz.com xəbər verir ki, bu barədə qurumun saytında məlumat dərc olunub.
Belə ki, “Rəhbərlik haqqında məlumat” bölməsində nazir müavinlərinin sırasına general-mayor Adil Abdullayevin də adı əlavə olunub.
Qeyd olunur ki, A. Abdullayev 21 sentyabr 1977-ci ildə Azərbaycan Respublikasının Bakı şəhərində anadan olub.
Bildirilir ki, o, Azərbaycan Dövlət İqtisad Universitetini bitirib. Ailəlidir, 2 övladı var.
Xatırladaq ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin rəisi Adil Ələsgər oğlu Abdullayev general rütbəsini iki il öncə alıb. O, FHN-dən öncə Dövlət Gömrük Komitəsində çalışıb. Adil Abdullayev vaxtilə DGK-də Daxili Təhlükəsizlik İdarəsinin şöbə rəisi olub.