![](https://cdn.yeniavaz.com/uploadedfiles/custom/2024/2/22/1/f65af258-d384-4169-82b1-d81dca6f7d01/medeniyyet-nazirliyi-tender.jpg)
Mədəniyyət Nazirliyi “Azərbaycan Hava Yolları” QSC-dən (AZAL) təyyarə icarəyə götürüb.
Yeniavaz.com xəbər verir ki, Nazirlik Bakı (GYD) – Doha (DIA) – Bakı (GYD) marşrutu üzrə sərnişinlərin və baqajın çarter hava daşımaları xidmətləri üçün AZAL-a 173 min 740 manat ödəyəcək.
Məlumat üçün bildirək ki, Qətərdə Mədəniyyət Nazirliyinin dəstəyi ilə 21-24 fevral tarixlərində Azərbaycan Mədəniyyəti Günləri keçirilir. Mədəniyyət günləri çərçivəsində mədəniyyət xadimləri və media nümayəndələrindən ibarət heyət Doha şəhərinə səfər edib.
Elnur Əli