Rusiya KİV Navalnının öldüyünü yazır


Rusiyanın nüfuzlu nəşri TASS rusiyalı müxalifət lideri Aleksey Navalnının öldüyünü yazıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Yamalo-Nenets Muxtar Dairəsi üzrə FSIN departamentinin məlumat yaydığı bildirilir.
Qeyd olunur ki, Aleksey Navalnı koloniyada ölüb:
“2024-cü il fevralın 6-da 3 saylı cəzaçəkmə müəssisəsində məhkum Navalnı A.A gəzintidən sonra özünü pis hiss edib, demək olar ki, dərhal huşunu itirib. Dərhal müəssisənin tibb işçiləri gəlib və təcili tibbi yardım briqadası çağırılıb. Bütün lazımi reanimasiya tədbirləri görülüb, lakin müsbət nəticə verməyib. Təcili yardım həkimləri məhkumun ölümünü təsdiqləyiblər. Ölümün səbəbləri araşdırılır”, - Federal Penitensiar Xidmətin saytında dərc olunan məlumatda deyilir.

DİGƏR XƏBƏRLƏR

Top