
““Avtovaz” Azərbaycanda “Lada” avtomobillərinin irimiqyaslı yığılmasını təşkil etmək üçün danışıqlar aparır”.
Yeniavaz.com TASS-a istinadən xəbər verir ki, bu barədə şirkətin rəhbəri Maksim Sokolov “Rusiya” forumu və sərgisi çərçivəsində jurnalistlərə bildirib.
Sokolov “Avtovaz”ın nümayəndə heyətinin hazırda danışıqlar üçün Azərbaycanda olduğunu bildirib:
“Onlar gələcək tərəfdaşlarımızın istehsal imkanlarına baxırlar. Ehtiyatla deyim ki, yazda bu bölgədə “Avtovaz”ın mövcudluğu barədə müsbət xəbərlərin olacağına ümid edirəm”.
Qeyd edək ki, “Avtovaz”ın yanvarda təqdim etdiyi təqdimatda bildirilib ki, şirkətin Azərbaycanda iri aqreqatların yığılması üsulu ilə avtomobillərinin kütləvi istehsalına başlamağı planlaşdırır.