Ermənistan XİN-in saytındakı “Dağlıq Qarabağ problemi” bölməsi götürüldü – Foto


Ermənistanın Xarici İşlər Nazirliyinin (XİN) saytından “Dağlıq Qarabağ problemi” bölməsi silinib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə erməni politoloq Sergey Melkonyan özünün sosial şəbəkə hesablarında yazıb.
“Tarix necə yenidən yazılır?
Ermənistan XİN-in saytında həmişə “Dağlıq Qarabağ problemi” bölməsi olub. O, erməni, rus, ingilis və fransız dillərində mövcud idi.
Bu səhifə indi bütün dil versiyalarından silinib.
Əgər texniki səhv deyilsə (buna şübhə edirəm), Ermənistan artıq texniki və rəsmi olaraq Azərbaycanla həmrəydir. “Dağlıq Qarabağ problemi artıq mövcud deyil”, - deyə erməni politoloq bildirib.
 

DİGƏR XƏBƏRLƏR

Top