Pakistanda seçki məntəqəsi atəşə tutuldu – Bir polis öldü


Pakistanda seçki məntəqəsinin əməkdaşlarına atəş açılıb, nəticədə bir polis ölüb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “ARY News” telekanalı məlumat yayıb.
Məlumata görə, hadisə Xayber-Paxtunxva əyalətinin Tank rayonunda baş verib. Orada səsvermə dayandırılıb.
Digər tərəfdən, Pakistanın Daxili İşlər Nazirliyi Milli Assambleyaya (parlamentin aşağı palatası) davam edən seçkilərlə əlaqədar bütün ölkə ərazisində mobil rabitə xidmətlərinin müvəqqəti dayandırılması barədə göstəriş verib. Bu qərar ölkədə son vaxtlar artan terror fəaliyyəti fonunda təhlükəsizlik məqsədilə qəbul edilib.
Seçkilərdə ən perspektivli siyasi partiyalar Pakistan Müsəlman Liqası (Nəvaz fraksiyası) və Pakistan Xalq Partiyasıdır.

DİGƏR XƏBƏRLƏR

Top