MSK ilkin nəticələri açıqladı – İlham Əliyev 92,1% səslə liderdir


Azərbaycanda keçirilən növbədənlənar prezident seçkilərinin ilkin nəticələrinə əsasən hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev 92,1 faiz səslə prezident seçkilərində liderlik edir.

Yeniavaz.com xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov prezident seçkilərinin ilkin nəticələri ilə bağlı keçirilən mətbuat konfransında deyib.
MSK sədri bildirib ki, ilkin nəticələrə əsasən namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc 2,2 faiz,
Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa 1,99 faiz,
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev 1,78 faiz,
Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev 0,79 faiz,
Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev 0,66 faiz,
Namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev isə 0,48 faiz səs toplayıb.

DİGƏR XƏBƏRLƏR

Top