Ermənistan Müdafiə Nazirliyinin mövqeləri yaxınlığında məişət binasında baş verən yanğında ehtiyatda olan hərbçi ölüb.
Yeniavaz.com “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.
Bildirilir ki, hadisə fevralın 6-da saat 13:20 radələrində baş verib.
“Mərhumun adı 1985-ci il təvəllüdlü Artur Varuzhanoviç Qriqoryandır. Yanğının qarşısı alınıb və söndürülüb, başqa itki yoxdur. Hadisənin hansı şəraitdə baş verdiyi aydınlaşdırılır”, - məlumatda deyilir.