Qəzzada ölən BMT əməkdaşlarının sayı 152-yə çatdı


2023-cü il oktyabrın 7-də Fələstin-İsrail münaqişəsinin qızışmasından sonra BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) ən azı 152 əməkdaşı həlak olub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə müvafiq məlumatlar agentliyin rəsmi saytında yerləşdirilib.
“Yanvarın 31-ə olan məlumata əsasən, hərbi əməliyyatların başlanmasından bəri UNRWA-nın 152 əməkdaşı həlak olub”, - məlumatda deyilir.
UNRWA-nın məlumatına görə, eskalasiya başlayandan bəri agentliyin məktəblərinə sığınan ən azı 376 məcburi köçkün həlak olub, 1365 məcburi köçkün isə yaralanıb.
Qeyd olunub ki, 1,7 milyona qədər insan evlərini tərk etmək məcburiyyətində qalıb.

DİGƏR XƏBƏRLƏR

Top