“Ağ Ev ABŞ-nin İordaniyadakı hərbi bazasına hücuma cavab olaraq İraq və Suriyadakı İran hədəflərinə silsilə zərbələr endirmək planlarını təsdiqləyib”.
Yeniavaz.com xəbər verir ki, bu barədə “CBS News” ABŞ Prezidenti Co Bayden administrasiyasının rəsmilərinə istinadən məlumat yayıb.
Jurnalistlərin həmsöhbətlərinin sözlərinə görə, zərbələr bir neçə gün ərzində həyata keçiriləcək. Əməliyyatın nə vaxt başlayacağını müəyyənləşdirən əsas amilin hava şəraiti olacağı bildirilir.
Mənbələr “CBS News”a əlavə olaraq qeyd ediblər ki, ABŞ ordusu pis hava şəraitində zərbələr endirə bilər, lakin mülki şəxslərə zərər verməmək üçün seçilmiş hədəflərin yaxşı görünməsinə üstünlük verilir.
Mənbələr zərbələr üçün hansı hədəflərin seçildiyini dəqiqləşdirməyiblər.