Türkiyə Cümhuriyyəti Mərkəzi Bankının (TCMB) Pul Siyasəti Komitəsi (PPK) bugünkü iclasından sonra faiz qərarını açıqlayıb.
Yeniavaz.com xəbər verir ki, bank uçot faiz dərəcəsini 2,5 faiz bəndi artıraraq 42,5%-dən 45%-ə qaldırılıb.
Xatırladaq ki, sonuncu dəfə uçot dərəcəsi TCMB-nin ötən il dekabrın 21-də keçirilən iclasından sonra 40%-dən 42,5%-ə qaldırılmışdı.