![](https://cdn.yeniavaz.com/uploadedfiles/custom/2024/1/23/1/6f3ca979-262a-4c5f-946f-ce8bd4845b07/azerbaycan-turkmenistan-neft-qaz.jpg)
Ötən ilin ilk 11 ayında Azərbaycan Türkmənistandan 551 min 680 ton xam neft, 1 milyard 402 milyon 767 min kub metr təbii qaz alıb.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, Türkəmistandan alınan xam neftin 1 tonunun orta gömrük dəyəri 576 dollar, təbii qazın 1000 kub metrinin orta gömrük dəyəri isə 143 dollar olub.
Məlumat üçün bildirək ki, eyni dövürdə Azərbaycanın xaricə satdığı xam nefin 1 tonun orta gömrük dəyəri 624 dollar, təbii qazın 1000 kub metrinin orta gömrük dəyəri isə 524 dollar olub.
Elnur Əli