İsrail girovlar müqabilində atəşkəs təklifi ilə razılaşmadı – NBC


İsrail Fələstinin HƏMAS hərəkatının saxladığı girovların azad edilməsi müqabilində Qəzza zolağında hərbi əməliyyatları dayandırmağa razı deyil.
Yeniavaz.com
xəbər verir ki, bu barədə NBC diplomatik mənbələrə istinadən məlumat yayıb.
Nəşr danışıqlarda iştirak edən üçüncü tərəfin adı açıqlanmayan diplomatından sitat gətirib:
“Təfərrüatların çoxu razılaşdırılıb. Əsas məqam İsrailin daimi atəşkəsə razı olmamasıdır”.
Telekanal bildirir ki, ABŞ, Misir və Qətər nümayəndələri Qəzza zolağında saxlanılan 130-a yaxın girovu azad etmək üçün razılaşmanı təşviq edirlər. HƏMAS tələb edir ki, bunun müqabilində İsrail hərbi əməliyyatları dayandırsın, qoşunları Qəzza zolağından çıxarsın və çoxlu sayda fələstinli məhbusu azad etsin.
Bildirilir ki, müzakirə olunan müqavilə girovların 30 gün ərzində azad edilməsini nəzərdə tutur.

DİGƏR XƏBƏRLƏR

Top