Fransa Senatından Azərbaycana qarşı sanksiyalar tələb edən qətnamə


Fransa Senatı (parlamentin yuxarı palatası) qətnamə qəbul edib və Azərbaycana qarşı sanksiyaların tətbiqinə çağırıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə parlamentin saytında məlumat dərc olunub.
Qətnamə layihəsinin lehinə 336 senator, əleyhinə 1 senator səs verib. Ümumilikdə iclasda 339 senator iştirak edib.
Qətnamədə senat Fransa hökumətini avropalı tərəfdaşları ilə birlikdə Azərbaycana qarşı bütün diplomatik tədbirləri görməyə çağırıb. Buraya Aİ-nin Azərbaycanla münasibətlərinə tam yenidən baxılması, Azərbaycandan qaz və neftin tədarükünə embarqo qoyulması və Bakıya qarşı sanksiyaların tətbiqi də daxildir.
Fransa senatı bütün bunlara əsas olaraq isə Azərbaycanın ötən ilin sentyabrında öz ərazisindəki qondarma silahlı qruplaşmaya qarşı keçirdiyi anti-terror əməliyyatını göstərib.

DİGƏR XƏBƏRLƏR

Top