Azərbaycanlı yazıçı Çingiz Hüseynov 94 yaşında İsraildə vəfat edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə məlumatı oğlu Həsən Hüseynov sosial şəbəkə hesabında yayıb.
Onun elə İsraildə dəfn olunacağı bildirilir.
Qeyd edək ki, Çingiz Hüseynov 1929-cu ildə Bakıda anadan olub.
ADU-nun fılologiya fakültəsinə daxil olan Çingiz Hüseynov II kursdan təhsilini Lomonosov adına Moskva Dövlət Universitetində, ardınca SSRİ Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun aspiranturasında davam etdirib.
O “Məhəmməd, Məmməd, Məmiş”, “Ailə sirri”, “Doktor N”, “Fətəli Fəthi”, “Merac” kimi romanların müəllifidir.