Respublika Perinatal Mərkəzində yanğın olub – Video


Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov küçəsində yerləşən Respublika Perinatal Mərkəzində yanğın baş verib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, baş vermiş yanğın FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən qısa müddətdə söndürülüb:
“Hadisə yerinə cəlb olunmuş FHN-in Dövlət Yanğından Mühafizə Xidməti, Xüsusi Riskli Xilasetmə Xidməti və Bakı Regional Mərkəzinin qüvvələri tərəfindən təxliyə işləri həyata keçirilib”.
Qeyd olunub ki, fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev hadisə yerinə gedib.
Sosial şəbəkələrdə yanğının baş vermə anını əks etdirən kadrlar da yayılıb.
Həmin görüntüləri təqdim edirik:

DİGƏR XƏBƏRLƏR

Top