AMEA-nın mühafizə xərcləri azaldılır


Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.
Yeniavaz.com
xəbər verir ki, tender müsabiqəsinin qalibi “Alov-Mühafizə” MMC (VÖEN – 1601045851) olub.
“Alov-Mühafizə” MMC 2024-cü il ərzində (12 ay) AMEA-nın Yasamal rayonu, Hüseyn Cavid prospekti 117 ünvanında yerləşən binasının mühafizəsini təşkil edəcək. Bu xidmətin qarşılığında AMEA “Alov-Mühafizə” MMC-yə 299 min 448 manat 60 qəpik ödəyəcək.
Qeyd edək ki, “Alov-Mühafizə” MMC-yə ötən il (12 ay) AMEA-nın Yasamal rayonu Hüseyn Cavid prospekti 117 ünvanında yerləşən binasını 8 ay ərzində mühafizə etmək üçün 291 min 999 manat 97 qəpik alıb.
Rəqəmlərdən də göründüyü kimi, AMEA-nın aylıq mühafizə xərcləri ötən il 36,5 min manat olduğu halda, bu il 25 min manata qədər azaldılır.
Məlumat üçün bildirək ki, “Alov-Mühafizə” MMC 21 aprel 2009-cu il tarixində dövlət qeydiyyatına alınıb. Hüquqi ünvanı “Nizami rayonu, Əli Əliyev, ev 16, m. 68”də yerləşən MMC-nin nizamnamə kapitalı 20 manat təşkil edir. Şirkətin qanuni təmsilçisi Talıbov Xalis Yunus oğludur.
Mətbuatda yayılan sənədlərdən məlum olur ki, “Alov-Mühafizə” MMC-nin baş idarə rəisi Qasımov Etibar Ağahüseyn oğlu olub. Qasımov Etibar Ağahüseyn oğlu eyni zamanda Azərbaycanın tanınmış özəl mühafizə şirkətlərindən “Riyad Mühafizə Xidməti” və “Vətən-N Mühafizə Xidməti” MMC-lərin qanuni təmsilçisi olub.
Onu da bildirək ki, “Riyad Mühafizə Xidməti” MMC 25 iyun 2008-ci ildə dövlət qeydiyatına alınıb. Nizamnamə kapitalı 20 manat olan MMC-nin hüquqi ünvanı Səbail rayonu, Salyan dön. 2, ev 10-da yerləşir. Mətbuatda yer alan məlumatlara görə “Riyad Mühafizə Xidməti” MMC mərhum iqtisadçı-professor Aqil Əlirza oğlu Əliyevin nəvəsi Riyad Əliyevə məxsusdur.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top