Azərbaycanın beynəlxalq axtarışa verdiyi şəxs Türkiyədə saxlanıldı


İnterpol tərəfindən axtarışda olan və polisimiz tərəfindən aparılan ciddi araşdırmalardan sonra ölkəmizdə olduqları müəyyən edilən 56 nəfərin hamısı yaxalanıb.
Yeniavaz.com
xəbər verir ki, bunu öz sosial şəbəkə hesabında Türkiyənin daxili işər naziri Ali Yerlikaya yazıb.
O bildirib ki, 11 vilayətdə eyni vaxtda həyata keçirilən “Qəfəs-28” əməliyyatı ilə 18 ölkənin sorğusu ilə interpolun qırmızı bülletenlə, həmçinin dərhal saxlanılma tələbi ilə axtardığı şəxs tutulub.
Ali Yerlikaya bildirib ki, sözügedən ölkələr ABŞ, Almaniya, Azərbaycan, BƏƏ, Belarus, Mərakeş, Fələstin, Hindistan, İsrail, İran, Qətər, Qazaxıstan, Moldova, Özbəkistan, Rusiya, Səudiyyə Ərəbistanı, Türkmənistan və İordaniyadır.

DİGƏR XƏBƏRLƏR

Top