Cənubi Koreyada müxalifət lideri hücuma məruz qaldı


Cənubi Koreyanın aparıcı müxalifət “Toburo” Demokratik Partiyasının lideri Li Çje Myon Pusan şəhərinı səfəri zamanı hücuma məruz qalıb,
Yeniavaz.com
“Yonhap” agentliyinə istinadla xəbər verir ki, siyasətçi jurnalistlərlə söhbət edərkən naməlum şəxs 20-30 sm uzunluğunda bir əşya ilə Li Çje Myonu boyun nahiyəsindən yaralayıb. Onun boynunda təxminən 1 sm dərinlikdə kəsik yaranıb. Bəzi mənbələrə görə, söhbət bıçaqdan və ya ona bənzər əşyadan gedir. Hücum edən şəxs avtoqraf istəyirmiş kimi müxalifət liderinə yaxınlaşıb.
Hadisə şəhərdəki yeni hava limanının tikinti meydançasında baş verib. Li Çje Myon hadisədən 20 dəqiqə sonra xəstəxanaya çatdırılıb. Ona təcili tibbi yardım göstərilib. Hazırda zədə siyasətçinin həyatı üçün təhlükə yaratmır. Li Çje Myonun paytaxt xəstəxanasında əməliyyat olunacağı gözlənilir.
Hücum edən şəxs hadisə yerində saxlanılıb.

DİGƏR XƏBƏRLƏR

Top