Moskvada Yeni il gecəsi “Qırmızı Meydan” bağlı olacaq


Moskvanın mərkəzindəki “Qırmızı Meydan” QUM konkisürmə meydançası istisna olmaqla, dekabrın 31-i Moskva vaxtı ilə saat 18:00-dan (Bakı vaxtı ilə saat 19.00-dan) yanvarın 1-i Moskva vaxtı ilə saat 08:00-a (Bakı vaxtı ilə saat 09.00-a) qədər ictimaiyyət üçün bağlı olacaq.
Yeniavaz.com
TASS-a istinadla xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin Moskva Baş İdarəsinin mətbuat xidməti məlumat yayıb.
“Rusiya Daxili İşlər Nazirliyinin Moskva şəhəri üzrə Baş İdarəsi bildirir ki, 31 dekabr saat 18:00-dan 2024-cü il yanvarın 1-i saat 08:00-dək “Qırmızı Meydan” ictimaiyyət üçün bağlıdır. QUM konkisürmə meydançası istisna təşkil edir”, - deyə mətbuat xidmətindən bildirilib.
Rəhbərlik əlavə edib ki, konkisürmə meydançası öz qrafikinə uyğun fəaliyyət göstərəcək.

DİGƏR XƏBƏRLƏR

Top