Aİ Ermənistandakı missiyanı artırır


“Aİ ölkələrinin xarici işlər nazirləri Aİ-nın Ermənistandakı mülki missiyasının sayını 50% - 138 nəfərdən 209 nəfərə qədər artırmaq qərarına gəliblər”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Aİ xarici siyasət idarəsinin rəhbəri Cozep Borel Aİ xarici işlər nazirlərinin görüşünün yekunlarına dair mətbuat konfransında bildirib.
“Bu gün Aİ Şurası Ermənistandakı mülki missiyamızı gücləndirmək üçün yerdəki mövcudluğumuzu 138 nəfərdən 209 nəfərə çatdırmaq qərarına gəlib. Bu, missiyanın həcminin əhəmiyyətli artımıdır və Azərbaycanla Ermənistanın beynəlxalq sərhədinin sabitliyini artırmaq üçün bir yoldur”, - Borel bildirib.

DİGƏR XƏBƏRLƏR

Top