Oktyabrın 7-dən İsrailin hərbi əməliyyatları zamanı Qəzza zolağında 47 fələstinli idmançı həlak olub.
Yeniavaz.com xəbər verir ki, bu barədə WAFA xəbər agentliyi Fələstin Olimpiya Komitəsinə istinadla məlumat yayıb. Komitənin qeyd etdiyi kimi, İsrail ordusu Fələstin idman hərəkatını faktiki olaraq darmadağın edib. Öldürülən 47 idmançı ilə yanaşı 17 inzibati və texniki heyət nümayəndəsi də həlak olub.
İsrail hakimiyyətinin hücumları nəticəsində Qəzza zolağında bir çox idman obyektləri zədələnib. Onlar üç stadionu, üç atçılıq klubunu, bir beysbol meydançasını və bir neçə döyüş sənəti mərkəzini dağıdıblar.
İordan çayının qərb sahilində Tulkarm və Cenindəki gənclər mərkəzləri də daxil olmaqla, bir çox idman obyektləri dağıdılıb.