İsrail Müdafiə Qüvvələri (IDF) Qəzza zolağında HƏMAS kəşfiyyat bölməsindən iki yaraqlının məhv edildiyini açıqlayıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, İsrail Hərbi Hava Qüvvələri HƏMAS-ın hərbi kəşfiyyat bölməsinin yüksək rütbəli üzvü Abdel Əziz Rantisi öldürüb. O, HƏMAS-ın “Karrara” batalyonunun kəşfiyyat bölməsinin üzvü Əhməd Ayuşla birlikdə qrupun komanda məntəqəsinə endirilən zərbə nəticəsində öldürülüb.
Mətbuat xidməti əlavə edib ki, Rantis 7 oktyabr hücumunun planlaşdırılmasında iştirak edib və anklavda kəşfiyyat məlumatlarının toplanmasına cavabdeh olub.
Məlumatda, həmçinin vurğulanıb ki, vurulan komanda məntəqəsi HƏMAS üçün hərbi əməliyyatların idarə olunması ilə bağlı mühüm strateji məkan rolunu oynayıb.