Ən zərərli ədviyyatlar – Siyahı

               
Qastroenteroloq və endokrinoloq Dilara Lebedeva üç məşhur ədviyyatın həzm orqanlarına və böyrəklərə zərər verə biləcəyini açıqlayıb.
Yeniavaz.com
xəbər verir ki, o, bu barədə Teleqram kanalında danışıb.
Həkim ilk növbədə rozmarinin (bibəriyə) barədə danışıb:
“Rozmarin böyrəklərə zərərlidir və hamilə qadınlar üçün əks göstərişdir. Birincisi, sidikqovucu təsirinə görə, ikincisi, uşaqlığın daralmasını artırdığına görə. Ədviyyat yüksək təzyiq və mədə xorasından əziyyət çəkənlər üçün də zərərlidir”.
Bundan əlavə, Lebedeva qırmızı bibərin istifadəsində ehtiyatlı olmağa çağırıb:
“Mədə-bağırsaq traktının xəstəlikləri üçün qadağandır, qan təzyiqini artırır, ona görə də hipertoniya xəstələrinə tövsiyə edilmir. Bibər aclıq hormonu olan qrelinin istehsalını sürətləndirir ki, bu da həddindən artıq yemək və artıq çəki ilə nəticələnə bilər”.
Son olaraq, həkim mədə-bağırsaq xəstəlikləri, xüsusilə xoralar üçün də qadağan edilən mixək haqda xəbərdarlıq edib:
“Bundan əlavə, çoxlu miqdarda mixək yuxululuq və apatiyaya səbəb olur”.

DİGƏR XƏBƏRLƏR

Top