Filippin sahillərində 6,7 bal gücündə zəlzələ oldu


Filippin sahillərində 6,7 bal gücündə zəlzələ qeydə alınıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Bildirilib ki, təbii fəlakətin episentri təxminən 67,5 min insanın yaşadığı Bisliq şəhərindən (Mindanao adası) 78 km şimal-şərqdə olub.
“Zəlzələ 38 km dərinlikdə qeydə alınıb.
Tələfat və dağıntılar barədə məlumat yoxdur. Sunami təhlükəsi elan olunmayıb”, - məlumatda deyilir.

DİGƏR XƏBƏRLƏR

Top