“8-ci km Ticarət Mərkəzi” MMC ləğv olunduğunu elan edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetində elan dərc olunub.
Elanda bildirilir ki, kreditorlar tələblərini 2 ay ərzində Bakı şəhəri, Nizami rayonu, Cəmşid Naxçıvanski küçəsi, 38 K ünvanına bildirə bilərlər.
Qeyd edək ki, “8-ci km Ticarət Mərkəzi” MMC 16 oktyabr 2000-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 1 milyon 31 min 82 manat olan MMC-nin hüquqi ünvanı “AZ1118, Bakı şəhəri Nizami rayonu, Cəmşid Naxçıvanski küçəsi, ev 38K”da yerləşir.
Murad Məmmədov