“Vəziyyət təhlükəli olsa, qapanmalara gedilə bilər” – Nazir


“Qızılcaya yoluxma ilə əlaqədar təhlükıli vəziyyət olsa qapanmalara gedilə bilər”.
Yeniavaz.com
xəbər verir ki, bunu brifinqdə elm və təhsil naziri Emin Əmrullayev deyib.
“Həm regional idarələrdən, həm Səhiyyə Nazirliyindən olan həmkarlarla birgə vəziyyəti tədqiq edirik. Bizim məlumatlarla əsaslansaq, bu və ya digər müəssisədə qapanmaya getməyə hazırlaşmırıq. Amma növbəti günlərdə bu məlumatları tədqiq etdikdən sonra, hardasa təhlükəli vəziyyət yaranarsa, mütəxəssislərin rəyi və tövsiyəsi ilə hansısa məktəb və ya siniflərin distant təhsilə keçməsi istiqamətində qapanmalara gedilə bilər. Bizim belə bir səlahiyyətimiz var”, - nazir bildirib.

DİGƏR XƏBƏRLƏR

Top