Putin KTMT sammiti üçün Minskə gedir


Rusiya Prezidenti Vladimir Putin noyabrın 23-də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sammitində iştirak etmık üçün Minskə gedir.
Yeniavaz.com
 xəbər verir ki, bu barədə Kremlin Mətbuat Xidməti “Telegram” kanalında məlumat yayıb.
Məlumata görə, tədbirdə səfərdən imtina edən Ermənistanın Baş naziri Nikol Paşinyan istisna olmaqla, KTMT-yə üzv ölkələrin bütün liderləri iştirak edəcək.
Kremldən bildirildiyi kimi, Putinin sammitdə ikitərəfli görüşləri nəzərdə tutulmayıb, lakin sammit çərçivəsində müəyyən təmaslar da istisna deyil.
Rusiya Xarici İşlər Nazirliyi öz növbəsində Ermənistanın KTMT tədbirlərində iştirakdan imtina etməsinə görə təəssüfləndiyini bildirib. Nazirliyin rəsmi nümayəndəsi Mariya Zaxarovanın sözlərinə görə, respublika rəhbərliyinin bu yanaşması onun vətəndaşlarının maraqlarına cavab vermir.

DİGƏR XƏBƏRLƏR

Top