Xəbər verdiyimiz kimi, ötən gün – noyabrın 20-də “AbzasMedia”nın direktoru Ülvi Həsənli hava limanında saxlanılıb.
Yeniavaz.com xəbər verir ki, ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsilə (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) ittiham irəli sürüldüyü bildirilir.
Xatırladaq ki, o saxlanıldıqdan sonra əvvəlcə “Abzas Media”nın ofisində, daha sonra isə Ü. Həsənlinin mənzilində axtarış aparılıb.
Vəkili Zibeydə Sadıqova bildirib ki, ofisdə beş saat davam edən axtarış zamanı polis əməkdaşları 40 min avro pul aşkarlayıblar.
“AbzasMedia” isə açıqlama yayaraq bildirib ki, ofisdə aşkarlandığı iddia edilən vəsait onlara aid deyil və istintaq orqanlarının məqsədli şəkildə fəaliyyətlərini dayandırmaq, Ülvi Həsənliyə qarşı ittiham irəli sürmək üçün uydurduğu ssenaridir.
Qeyd edək ki, noyabrın 21-də gecə saatlarında xarici səfərdən qayıdan “AbzasMedia”nın baş redaktoru Sevinc Vaqifqızı da hava limanında saxlanılıb. Onun da mənzilində axtarış aparıldığı bildirilir.