“İsrail dövləti çox çalışır ki, HƏMAS tərəfindən girov götürülənlər azadlığa buraxılsınar. İsrail dövlətinin çıxışlarına, dediklərinə qulaq assaq, bu müharibə heç vaxt qurtarmayacaq. Deyirlər ki, HƏMAS-ı sonuna qədər məhv edənə kimi müharibə davam edəcək”.
Bunu Yeniavaz.com-a İsraildə yaşayan azərbaycanlı Cəmil Məmmədov deyib.
O qeyd edib ki, müharibə sonluğa doğru getməkdədir.
C. Məmmədov bildirib ki, kütləvi informasiya vasitələrində İsraildə insanların kütləvi şəkildə silahlandırılması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir:
“Guya xaricdə xəbərlər yayılır ki, İsrail vətəndaşlarını silahlandırırlar, bunlar hamısı yalandır. Belə şey yoxdur burada, İsraildə bir qrup vətəndaşlar var ki, onlar həmişə silahlı idilər. Fələstinin aid olduğu torpaqların yaxınlığında bunların “paseleniya”ları var, orada da bütün insanlar silahlıdır. Ordu da onları qoruyur. Amma təbii ki, istəyən mülki şəxslər də müəyyən komissiyanı keçəndən sonra silah əldə edə bilərlər. Ona görə də, mən bu söhbətləri yalan sayıram, heç bir silahlanma yoxdur”.
Elmir Həsənov