“Qəzzada hər 10 dəqiqədə bir uşaq ölür” – Tedros Qebreyesus


“Qəzza zolağında hər 10 dəqiqədə bir uşaq ölür”.
Yeniavaz.com TASS-a istinadla xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adanom Qebreyesus BMT Təhlükəsizlik Şurasının Yaxın Şərqdəki vəziyyətlə bağlı iclasında deyib.
“Qəzza zolağında 11 mindən çox insan öldürülüb, onların demək olar ki, 70%-i qadın və uşaqlardır. Qəzza zolağında orta hesabla hər 10 dəqiqədə bir uşaq ölür”, - o, deyib.
“1,5 milyon insan Qəzzada evlərini tərk etmək məcburiyyətində qalıb və başqa yerdə sığınacaq axtarır, lakin heç kim heç yerdə təhlükəsiz deyil. 27 min insan yaralanıb, onların çoxu həyati təhlükəsi olan xəsarətlər alıb. Tibb işçiləri 2 milyondan çox insanın müntəzəm sağlamlıq ehtiyaclarını ödəmək üçün çalışır. Qəzza zolağında hər gün 180-dən çox qadın uşaq dünyaya gətirir”, - deyə ÜST-ün baş direktoru əlavə edib.
Qeyd edək ki, bundan əvvəl BMT-nin Uşaq Fondu (UNICEF) da İsrail ordusunun intensiv atəşinə məruz qalan Fələstinin Qəzza zolağında hər gün 400-dən çox uşağın yaralandığını və öldüyünü bildirib. UNİCEF nümayəndəsinin sözlərinə görə, Qəzza uşaqlar üçün qəbiristanlığa çevrilib.

DİGƏR XƏBƏRLƏR

Top