Kadırovun 15 yaşlı oğluna yüksək vəzifə verildi


Çeçenistan rəhbəri Ramzan Kadırovun 15 yaşlı oğlu Adam Kadırov Çeçenistan Respublikası rəhbərinin təhlükəsizlik xidmətində məsul vəzifəyə təyin edilib.
Yeniavaz.com
TASS-a istinadla xəbər verir ki, bu barədə vilayət parlamentinin sədri Maqomed Davudov məlumat verib.
“Əziz qardaşım oğlu Adam Kadırov Çeçenistan Respublikasının başçısının təhlükəsizlik xidmətində məsul vəzifəyə təyin edilib. Adam böyük Kadırovlar ailəsinin və bütün çeçen xalqının layiqli nümayəndəsi olduğunu praktikada göstərib və sübut edib. O. güclü, prinsipial xasiyyəti, respublikamız və bütün Vətən üçün faydalı olmaq səmimi istəyi seçilir”, - deyə Davudov bildirib.
O, A. Kadırovun konkret olaraq hansı vəzifəyə təyin olunduğunu qeyd etməyib.
Çeçenistanın səhiyyə naziri Adam Alxanov Adam Kadırovu təbrik edərək, Çeçenistan Respublikasının başçısının təhlükəsizlik departamentinin rəhbəri vəzifəsinə təyin olunduğunu açıqlayıb.

DİGƏR XƏBƏRLƏR

Top