Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna Silahlı Qüvvələrinin Xüsusi Əməliyyat Qüvvələrinin yeni komandiri haqqında fərman imzalayıb.
Yeniavaz.com xəbər verir ki, bu vəzifəyə Viktor Xorenkonun yerinə Sergey Lupançuk təyin edilib.
Qeyd edək ki, Xorenko XƏQ-ə 2022-ci ilin iyulundan rəhbərlik edib.
Xatırladaq ki, bir müddət əvvəl “Time”da böyük rezonansa səbəb olan məqalə dərc edilmişdir. İddialara görə, nəşrin həmsöhbətləri iddia ediblər ki, nazirlərdən biri və yüksək rütbəli generallardan biri işdən çıxarılacaq və əks-hücum zamanı cəbhədə yavaş irəliləyişə görə məsuliyyət daşıyacaqlar.