Türkiyə Ege dənizində Yunanıstanın nəzarəti altında olan adanı geri alıb.
Yeniavaz.com Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, Ankara Afinaya rəsmi məktub göndərərək sözügedən adanın ona aid olduğunu bildirib.
Bildirilib ki, adanın suverenlik hüququ ancaq Türkiyəyə məxsusdur. Yunanıstan məktuba müsbət cavab verib.
Qeyd edək ki, Zürafə Qayalığı adası balıqçılıq və müdafiə baxımından strateji əhəmiyyət kəsb edir.