Yaponiya Rusiyanın hava məkanını pozduğunu iddia edir


Yaponiya Rusyanın ölkənin şimalındakı Hokkaydo adasının ərazisində hava məkanını pozduğunu iddia edərək, Moskvaya etirazını bildirib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Kyodo” agentliyi məlumat yayıb.
Belə ki, Yaponiya Müdafiə Nazirliyi yerli vaxtla saat 12:44 (Bakı vaxtı ilə saat 07:44) radələrində Nemuro yarımadasının sahillərinə yaxın sular üzərində hava məkanının, ehtimal ki, Rusiya helikopteri tərəfindən pozulduğunu bəyan edib. Bununla əlaqədar helikopteri ələ keçirmək üçün Yaponiya Özünümüdafiə Qüvvələrinin qırıcıları havaya qaldırılıb.
“Kyodo”nun məlumatına görə, Tokio Moskvadan bu cür hadisələrin qarşısını almaq üçün tədbirlər görməyi tələb edib.

DİGƏR XƏBƏRLƏR

Top