Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) növbəti valyuta hərracı keçirilib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Mərkəzi Bankdan məlumat verilib. Məlumata görə, hərracda tələb 41 mln. ABŞ dolları təşkil edib və tam təmin edilib.
Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.
Xatırladaq ki, 26 oktyabrda keçirilən son valyuta hərracında tələb 50,5 mln. ABŞ dolları olub və tam təmin edilıb.