“Ən azı 800 min dinc sakin Qəzza zolağının şimalını tərk edib”.
Yeniavaz.com xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (İDF) mətbuat katibi Conatan Konrikus brifinqdə bildirib.
“Biz 800 mindən çox fələstinlinin əsas döyüş zonasının yerləşdiyi şimal hissəsindən təxliyə edildiyini görməyə şadıq. HƏMAS onların bir çoxunun bunu etməsinə mane oldu, lakin bir çoxları buna nail oldu. Ümid edirik ki, onların hamısı öz təhlükəsizlikləri üçün Qəzza zolağını tərk etdilər", - Konrikus əlavə edib.
“Rəfah keçid məntəqəsi vasitəsilə Qəzza zolağının cənubuna humanitar yardım axını davam edir. Suya çıxış genişlənir, orada ərzaq da var. Və yaxın günlərdə inanıram ki, Qəzza zolağına humanitar yardım məsələsində səylərimizi daha da artıracaqğıq”, - Konrikus deyib.
Qeyd edək ki, oktyabrın 13-də İsrail ordusu BMT-yə 1,1 milyon fələstinlinin 24 saat ərzində Qəzza zolağının cənubuna təxliyə edilməli olduğunu bildirmişdi. İsrail ordusu öz çağırışını HƏMAS yaraqlılarının Qəzza şəhərində evlərin altındakı tunellərdə və mülki binalarda gizlənməsi ilə izah etmişdi. HƏMAS isə sakinləri İsrailin tövsiyələrinə məhəl qoymamağa çağırmışdı.