“Fələstinin HƏMAS hərəkatı tərəfindən 315 əsgər öldürülüb və 240 girov saxlanılır”.
Yeniavaz.com xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (İDF) sözçüsü Daniel Haqarinin ordunun saytında dərc edilmiş bəyanatında bildirilib.
“Bu günədək Fələstinin HƏMAS hərəkatı tərəfindən 315 əsgər öldürülüb və 240 girov saxlanılır. Biz həlak olan əsgərlərin və girov saxlanılan vətəndaşların, o cümlədən körpələrin, uşaqların, qadınların, qocaların ailələrinə məlumat vermişik”, - Haqari bəyanatında deyib.