Hüquq-mühafizə orqanlarının əməkdaşları Mahaçqalanın “Uytaş” beynəlxalq aeroportunda iğtişaşlarda iştirak edən və iğtişaşlara çağırış edən 83 nəfəri saxlayıb.
Yeniavaz.com TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin Şimali Qafqaz Federal Dairəsi üzrə Baş İdarəsinin mətbuat xidməti məlumat yayıb.
Daxili İşlər Nazirliyinin Baş İdarəsi əlavə edib ki, polis əməkdaşları tərəfindən 50-dən çox axtarış aparılıb:
“Bu zaman kütləvi iğtişaşları təşkil edənlərlə bağlı maddi sübutlar, ofis avadanlığı və telefonlar götürülüb. Şəhərdə əməliyyat şəraiti hüquq-mühafizə orqanlarının nəzarətindədir. Şəhərdə əməliyyat vəziyyətini çətinləşdirməyə yönəlmiş bütün cəhdlərə dərhal son qoyulacaq”.