“Bu, başqa bir saxtakarlıq və bacarıqsızlıq nümayişdir. Ermənistan XİN beynəlxalq ictimaiyyəti qəsdən çaşdırır”.
Yeniavaz.com xəbər verir ki, bunu Azərbaycan XİN sözçüsü Ayxan Hacızadə Ermənistan XİN sözçüsü Ana Badalyana cavab olaraq sosial şəbəkə hesabında yazıb.
Qeyd edək ki, Badalyan Azərbaycan ordusunun antiterror tədbirləri zamanı guya əziyyət çəkən şəxslərin “statistika”sını açıqlayıb.