“Mahaçqala hava limanındakı aksiyada əsas rolu hadisələrə operativ reaksiya verən Kiyev rejimi oynayıb”.
Yeniavaz.com xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın şərhində deyilir.
“Dağıstan Respublikasında baş verən kütləvi iğtişaşlar Rusiya Federasiyası xalqının ahəngdar inkişafına və etno-konfessional birliyinə xələl gətirmək məqsədi daşıyan və planlı həyata keçirilən xarici təxribatın nəticəsidir. İğtişaşlar Rusiyada daxili siyasi vəziyyəti pozmaq üçün dəfələrlə açıq-aşkar ekstremist və terrorçu üsullara əl atmış şəxsləri ruhlandırıb. Onların törədilməsində birbaşa və əsas rol cinayətkar Kiyev rejiminə həvalə edilib, o da öz növbəsində orada məskunlaşan bədnam rusofobların əli ilə hərəkət edib. Rusiya rəhbərliyinin operativ və birmənalı reaksiyası, daxili hüquq-mühafizə orqanlarının əlaqələndirilmiş, aydın və mütənasib hərəkətləri Rusiyada çaşqınlıq və nifaq salmağa ümid edənlərin hamısına birmənalı cavabdır”, - Zaxarova bildirib.
Qeyd edək ki, oktyabrın 29-da Yaxın Şərqdə vəziyyətin pisləşməsi fonunda Mahaçqala hava limanında Təl-Əvivdən müntəzəm aviareysin gəlməsi ilə bağlı kütləvi iğtişaşlar baş verib. Bir neçə yüz nəfər hava limanının binasına və aerodrom ərazisinə daxil olub və daha sonra hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən oradan çıxarılıb. Son məlumatlara görə, polis əməkdaşları da daxil olmaqla 20-dən çox insan yaralanıb, 60 iğtişaşçı saxlanılıb.