“HƏMAS bəzi girovları azad edəcəyinə dair söz verib” – İran XİN


İran hakimiyyəti Fələstinin HƏMAS qruplaşmasından İsrail vətəndaşlığı olmayan girovları azad etməyə hazır olduqlarına dair zəmanət aldığını təsdiqləyib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə EFE agentliyi məlumat yayıb.
“İran HƏMAS-dan qeyri-israilli girovların azad edilməsi ilə bağlı vədlər alıb. Lakin Qəzza zolağının İsrail tərəfindən bombalanması hələlik bu əməliyyatın həyata keçirilməsinə imkan vermir”, - İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasser Kanani bildirib.
Kənaninin sözlərinə görə, bir neçə ölkə Tehrandan Qəzza zolağında qruplaşma tərəfindən əsir götürülən xarici vətəndaşların azad edilməsi üçün HƏMAS-la danışıqlar aparmağı xahiş edib.
Qeyd edək ki, İsrail Müdafiə Qüvvələrinin məlumatına görə, təxminən 230 nəfər HƏMAS-ın əsirliyindədir. HƏMAS şənbə günü bildirib ki, İsrail girovlarını fələstinli məhbuslarla dəyişməyə hazırdır. İsrailin Baş naziri Benyamin Netanyahu öz növbəsində bildirib ki, onun yaratdığı hərbi kabinet belə bir mübadilə imkanını müzakirə edib, lakin heç bir qərar qəbul edilməyib.

DİGƏR XƏBƏRLƏR

Top