“İsrail 50-ə yaxın təcili yardım maşınını vurub” – Fələstin XİN


Oktyabrın 7-dən bəri davam edən qarşıdurmalardan sonra Qəzza zolağında 50-yə yaxın təcili tibbi yardım avtomobili İsrail hərbçiləri tərəfindən vurulub.
Yeniavaz.com xəbər verir ki, Fələstin Xarici İşlər Nazirliyi bu barədə “X” sosial şəbəkəsindəki səhifəsində məlumat yayıb.
Nazirlikdən verilən məlumata görə, zərbələr nəticəsində ən azı 25 təcili tibbi yardım avtomobili sıradan çıxıb.
Qeyd edək ki, bir gün əvvəl Fələstin Qızıl Aypara Cəmiyyəti də cəmiyyətə məxsus daha bir təcili yardım maşınının atəşə tutulduğunu bildirmişdi.

DİGƏR XƏBƏRLƏR

Top