“Bu 3 prinsipə əməl olunsa, sülh müqaviləsi reallığa çevriləcək” – Paşinyan


“Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması reallığa çevrilə bilər”.
Yeniavaz.com
 “Sputnik”ə istinadla xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan oktyabrın 30-da parlamentin iclasında deyib.
O bildirib ki, Azərbaycanla razılaşdırılmış 3 əsas sülh və nizamlanma prinsipi var:
“Ermənistan və Azərbaycan qarşılıqlı olaraq bir-birinin ərazi bütövlüyünü tanıyır: müvafiq olaraq 29,8 min kvadrat kilometr və 86,6 min kvadrat kilometr.
Tərəflər Almatı Bəyannaməsi əsasında delimitasiya həyata keçirməyə razılaşırlar. Bu o deməkdir ki, biz, mahiyyətcə, Sovet İttifaqı dövründə Ermənistanla Azərbaycan arasında inzibati sərhədlərin dövlət sərhədlərinə çevrildiyi reallıqdan başlayırıq.
Üçüncü prinsip əvvəlki 2 prinsipə daxildir: regional kommunikasiyalar tərəflərin suveren yurisdiksiyasına əsaslanaraq açılır. Onlar qarşılıqlılıq və bərabərlik əsasında hərəkət edəcəklər.
Əgər bu prinsiplərə əməl olunsa, sülh müqaviləsinin imzalanması reallığa çevriləcək”.

DİGƏR XƏBƏRLƏR

Top