“Bu yay başlayan əks-hücum zamanı Ukrayna Silahlı Qüvvələri 90 mindən çox hərbçisini itirib”.
Yeniaavaz.com TASS-a istinadla xəbər verir ki, bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu 10-cu Syanşan Təhlükəsizlik Forumunda çıxış edərkən deyib.
“İyunun 4-dən, yəni Ukrayna əks-hücumunun başlanğıcından bəri Kiyev 90 mindən çox hərbçisini itirib. Bununla yanaşı, Ukrayna hərbçiləri döyüş meydanında heç bir taktiki əhəmiyyətli uğur əldə edə bilməyib”, - rusiyalı nazir bildirib.
O, həmçinin qeyd edib ki, Ukrayna Silahlı Qüvvələri texnikada da itki verib:
“600-ə yaxın tank, eləcə də müxtəlif dərəcəli 1,9 min zirehli texnika məhv edilib”.