Macarıstanda karate üzrə dünya çempionatı başa çatıb.
Yeniavaz.com xəbər verir ki, paytaxt Budapeştdə reallaşan yarışın son günündə mükafatlar uğrunda görüşlər keçirilib.
Parakarateçimiz Emiliya Mitlinova final qarşılaşmasında çexiyalı həmkarı ilə üz-üzə gəlib. Fəndləri daha dəqiq yerinə yetirən millimizin üzvü fəxri kürsünün zirvəsinə qalxıb.
Xatırladaq ki, daha əvvəl karateçi İrina Zaretska (68 kq) dünya çempionu olmuşdu.